BİZİMLƏ ƏLAQƏ

  • +994 12 425-56-00
  • +994 12 425-62-80
  • office@elveem.az
  • Bakı ş., Bakıxanov qəsəbəsi, B.Bünyadov 1

GLASURIT


 GLASURIT – avtotəmir boya məhsulları


   Demək olar ki, bütün avtomobil sahibləri nə vaxtsa   avtomobilinin   hansısa hissəsinin boyanması məcburiyyətində qalmışdır. Bu halda avtomobilin boyasının rənginin seçilməsi ən vacib bir mərhələdir. Avtomobilin rənginin problemi rəng vurulan zaman çox az hallarda bilinir. Əsasən bir müddət keçdikdən sonra rəngin solması, qırışması, çatlaması, altdan astarın bilinməsi, son qat boyanın qopması və s. kimi problemlər keyfiyyətsiz boya məhsullarının istifadəsi zamanı üzə çıxır. Avtomobil sahibləri isə onun avtomobilinə hansı rəngin vurulmasını əksər hallarda bilmirlər.  Rəngin düzgün seçilməsi  avtomobil sahibləri üçün həm qüsurun tam şəkildə aradan qaldırılmasına, həm də görülən işin sürətləndirilməsinə səbəb olur.  İşin tez görülməsi həm də avtoservis rəhbərləri və rəngsazlar üçün də səmərəlidir. İşin keyfiyyətli və sürətli görülməsi səbəbiylə Glasuritlə mənfəətli biznes etmək mümkündür.

   Glasurit avtotəmir boya məhsulları avtoservislərdə istifadəyə görə dünyada ön sıralarda gedir.

   Glasuritin  bütün seqmentlər üçün  boya sistemləri mövcuddur. Bütün növ minik avtomobillərini və   yük avtomobillərini Glasuritlə boyamaq mümkündür. Bu halda avtomobilin rənginin necə olmasının əhəmiyyəti yoxdur. Ancaq Glasuritdə natural formada rənglənmiş olan və on mindən çox rəngdən ibarət CPS3M   kataloqundan avtomobilin rəngini tam düzgün seçmək olar. Rənglənmiş və rəngi dəyişmiş avtomobillərin rəngini isə Glasurit RATIO Scan II  spektrofotometrinin vasitəsi ilə çox asanlıqla təyin etmək mümkündür.

   Adi rəng seçməkdən tutmuş avtoservislərin boya sistemlərinin idarə olunmasına qədər Glasuritin “Glasurit Profit Manager” proqram təminatı vardır. Onun sadə istifadə qaydaları ilə boya anbarında materialların düzgün uçotunun aparılması mümkündür.  

   Qabaqcıl avtomobil zavodlarının tətbiq etdikləri su əsaslı boyalar Glasuritdə 1992-ci ildən istehsal olunur. Dünyada bu sahədə də lider olan Glasuritin su əsaslı 90 seriya boyalarında ekoloji təhlükəsizliklə qənaətcillik vəhdət təşkil edir. 90 seriyada 300-400 qram boyaya bağlayıcılar qatıldıqdan sonra 1,5 litr hazır boya əmələ gəlir. Glasurit boyalarının rəf ömrü rəqib boya sistemlərdə olan 1-1,5 ildən fərqli olaraq, 5 ildir. Bu da Glasurit boyalarının keyfiyyətinin uzun müddət saxlanıldığına bir sübutdur.

   Glasurit markası öz tarixini 1888-ci ildən başlayır. 1965-ci ildən isə  dünyada çox məşhur olan Almaniyanın BASF konserninin tərkibinə daxil olmuşdur. 74 miyard  avrodan çox dövriyyəsi olan, 8 mindən çox məhsul istehsal edən və 110 mindən çox əməkdaşı olan BASF şirkətini yəqin ki, Azərbaycanda da tanımayan yoxdur.

“EL-VE-EM” şirkəti Azərbaycan bazarına Glasurit markalı məhsulları 1999-cu ildən gətirmişdir. Öz loqotipində tutuquşu şəkli olan bu məhsulları Azərbaycanın bir çox regionlarında “Glasuritlə kompüterlə rəng seçimi” məntəqələrindən tapmaq olar (Bakıda, Sumqayıtda, Gəncədə, Qubada, Xaçmazda, Agcabədidə, Cəlilabadda, Bərdədə, Kürdəmirdə, Göyçayda, Qazaxda, Akstafada).

   Avtomobil istehsalçıları Glasurit məhsullarının çox geniş sınaqlarından sonra bəyəndiklərini təsdiq edirlər.  Hərtərəfli aparılan bu sınaqlar avtomobil şirkətlərinin avtomobil boya məhsullarının keyfiyyəti üçün  çox ciddi tələblər əsasında aparılır.

   Özünün dəyişməz yüksək keyfiyyəti ilə Glasurit 48-dən çox avtomobil istehsal edən şirkətlərin rəsmi tövsiyyəsini almışdır.  BMW, Porsche, Isuzu, Skoda, Audi, Land Rover, Daihatsu, Alfa Romeo, Lexus, Mazda, Smart, Opel, Kia, Mini, Vauxhall, Bentley, Daewoo/Chevrolet, Chevrolet, Seat, General Motors, Mercedes-Benz, Jeep, Dodge, Volkswagen, Lancia, Mitsubishi, Maybach, Volvo, Toyota, Hyundai, Ford, Chrysler, Nissan, Subaru, Jaguar, Rolls-Royce, Fiat, Honda. 

   Yüksək keyfiyyət, uzun müddətli  zəmanət, pulnuza qənaət - bunu sizə Glasurit təklif edir, sizin isə etməli olduğunuz bir iş qalır - bu da avtomobilnizi boyadarkən rəngsazdan Glasurit boyaları ilə rənglənməsini tələb etməkdir.  Glasurit – avtomobilinizdə boya qüsurlarının olmamasıdır.