3Ton
3ton – Yüksək keyfiyyətli avtokimya məhsullarıdır. 1978-ci ildə ABŞ-ın Ohayo ştatında kimyəvi vasitələrin ətraf mühitə və insana təsirini öyrənmək məqsədi ilə elmi-tədqiqat mərkəzi yaradılır. Bir neçə il keçdikdən sonra bu unikal tədqiqatların nəticəsində yeni bir şirkət- 3ton Autochemical sənaye-tədqiqat şirkəti yaradılmışdır. 90-cı illərin ortalarından 3ton Autochemical USA Rusiya bazarına daxil olur və Delfin Chemicals şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayır.
Bu gün 3ton Rusiya bazarında yüksək dünya standartlarına cavab verən, keyfiyyətli və ekoloji standatlara uyğun avtokimya məhsulları kimi artıq özünə layiqli yer tutmuşdur. Bu deyilənlər dəfələrlə nüfuzlu beynəlxalq sərgilərdə təsdiq olunmuşdur. Bu gün üçün 3ton Autochemical şirkəti tərəfindən istehsal olunan çoxsaylı çeşidlər arasından bir cox tanınmış məhsulları, avtomobil qazlarının zəhərliliyini azaldan qatqılar və yer atmosferinin ozon qatına zərər vurmayan aerozol təmizləyiciləri kimi tanınır. Eyni zamanda şirkət ətraf mühitin qorunması sahəsində əldə etdiyi nailiyyətə görə “Yaşıl kürə” mükafatına layiq görülmüşdür.
Beləliklə, 3ton Autochemical – dünya səviyyəli, rus simalı amerikan avto kimyasıdır.