SÜRTKÜ MATERİALLARI, AVTOKOSMETİKA VƏ AVTOKİMYA

Lotos Oil

 

      LOTOS OİL S.A. şirkəti öz fəaliyyət sahəsində Polşa bazarının 24%-nə sahib olaraq liderlik edir. Bu gün Lotos mühərrik yağlarını Polşada olduğu kimi Azərbaycanda da hər bir avtomobol sürücüsü yaxşı tanıyır.

      LOTOS mühərrik yağlarının yüksək keyfiyyəti və etibarlılığı ən tələbkar alıcıların belə tələbini ödəyir.

      LOTOS şirkətinin səhmləri 2005-ci ildən Varşava fond birjasının siyahısına salınmışdır, şirkətin özü isə Mərkəzi və Şərqi  Avropada dinamik inkişaf edən şirkətlərin siyahısına salınmışdır.

      LOTOS yağları Polşanın ən yaxşı mühərrik yağları üçün təsis edilən “alıcıların qızıl dəfnəsi” mükafatına layiq görülmüşdür.

      Bütün istehsal prosesi beynəlxalq norma olan İSO 9001:2008- keyfiyyətin idarə olunması sisteminə tabedir. LOTOS OİL S.A. şirkəti AQAP 2110 keyfiyyət sertifikatı ilə də öyünə bilər. Bu o deməkdir ki LOTOS OİL S.A. şirkətinin məhsulları NATO-nun tələblərinə tamamilə cavab verən məhsullardır.

        Onu da qeyd edək ki, LOTOS OİL S.A. şirkətinin istehsal etdiyi sürtkü materialları üçüncü şəxs qarşısında sığortalıdır, o cümlədən Azərbaycan ərazisində də bir milyon dollar dəyərində sığortalanıb. Beləliklə, yağın ucbatından hər hansı bir avadanlıq sıradan çıxarsa, sığorta şirkəti dəymiş zərəri tamamilə ödəyəcəkdir.

        LOTOS OİL S.A. şirkətinin rəsmi saytı: http://www.lotos.pl