SÜRTKÜ MATERİALLARI, AVTOKOSMETİKA VƏ AVTOKİMYA

Divinol

   150 ildən  çox bir dövrdə Almaniyanın stabil keyfiyyətli mühərrik yağları istehsal edən bir zavodun yağları- DİVİNOL  mühərrik yağları artıq Azərbaycan bazarındadır. Bu yağların həm yük maşınları, həm minik avtomobilləri, eləcə də sənaye avadanlıqları  üçün yağ brendləri mövcuddur. “EL-VE-EM  LTD” şirkəti Azərbaycana bu yağların ən son texnologiya ilə istehsal olunmuş APİ və SAE standartlarının müxtəlif siniflərinə aid olanlarını və  ən tələbkar müştəriləri təmin edə biləcək  keyfiyyətdə olan yağlarını gətirir. Bundan başqa, DİVİNOL yağları yüksək keyfiyyəti ilə bərabər, Azərbaycan bazarında münasib qiyməti ilə  müştərilərə təklif olunur. DİVİNOL yağlarından istifadə edən hər kəs, sadəcə  avtomobilinin tələb etdiyi APİ və SAE standartlarını  düzgün seçib bu yağlardan istifadə edərsə,  mühərrikinin ömrünün uzun olacağına əmin ola bilər. 

DİVİNOL yağlarını istehsal edən şirkət Almaniyanın “Zeller + Gmelin GmbH & KG” şirkətidir.

“Zeller + Gmelin GmbH & KG” şirkətinin əsası 1866 –cı ildə qoyulmuşdur. Bu gün dünyanın 16 ölkəsində zavodları mövcuddür. Mühərrik yağlarını isə ancaq Almaniyada olan zavodunda istehsal edir, bununla da 100% məhsulun keyfiyyətinə nəzarət və qarantiya məsələləri həll olunmuş olur. Zavodun məhsulları öz yüksək keyfiyyəti ilə  dünya bazarında öz mövqeyini uzun müddətdir ki, qoruyub saxlayır. Tədqiqat və inkişaf sahəsindəki çoxillik təcrübəsi bu zavodu başqalarından fərqləndirir. Zavodun əsas gücü ondadır ki, müştərilərin bütün tələblərinə cavab verən  məhsulların istehsalını elmi tədqiqat müəssisələri və universitetlər ilə birgə həyata keçirirlər. Həmçinin  zavod müştərilərlə  sıx iş birliyi içərisində çalışır ki, gələcəkdə qarşıya çıxa biləcək suallara, ən yüksək standartlarla  cavab verə bilsinlər. Zavodun əməkdaşlarının 20%-i  elmi tədqiqatla məşğul olurlar. Bununla da daim çalışırlar ki,məhsullarını inkişaf etdirərək bazara yeni innovasiyalar gətirsinlər.

Zeller + Gmelin  DIN EN ISO 9001:2008 (keyfiyyət idarəçiliyi) и ISO 14001:2005 (ekoloji menecment) standartlarına tam cavab verən bir şirkətdir.

Zeller + Gmelin   dəfələrlə  İnnovasiyon menecment, İnnovasiyon proseslər,  innovasiyon iqlimin təşkili və marketinq innovasiyası kimi dörd nominasiyada Almaniyanın ”TOP  100” mükafatına layiq görülmüşdür.   Beləliklə, zavod gələcəyin tələblərinə güclü ideya və istehsal potensialı ilə tam hazırdır.

"Zeller+Gmelin GmbH & Co"  kompaniyası yüksək keyfiyətli və çox geniş çeşiddə bütün növ avtomobillər üçün yağlar, sənaye yağları, sürkü yağları, eləcə də xüsusi təyinatlı məhsulları  Divinol markası adı altına istehsal edərək bütün Avropaya ixrac edir. Kompaniyanın konsepsiyasına uyğun olaraq keyfiyyətə tam nəzarət etmək üçün Divinol yağ məhsulları ancaq və ancaq Almaniyada mövcud olan zavodda istehsal olunur. Sənaye yağlarının və sürtkü yağlarının istehsalı üçün baza yağları kimi “yüngül ərəb neftindən” istifadə olunur. Düzdür, bu məhsulun maya dəyərini bir qədər yuxarı qaldırır, ancaq yağın  keyfiyyətini  yüksəldir və stabilləşdirir.

DIVINOL ® Zeller + Gmelin  brendi geniş spektrli, yüksək keyfiyyətli avtomobil yağlama materialları və xüsusi məhsullara malikdir, bu da daim artan tələbata uyğunlaşaraq inkişaf etdirilir. Beləliklə, siz Divinol mühərrik yağlarını aldıqda hər zaman texnologiyaların önündə olmuş olursunuz. 

Divinol Zeller+Gmelin brendi ilə 700 dən çox məhsul istehsal edilir. Bunlar istifadə sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünür:

- Minik abtomobilləri üçün motor yağları.

- Ticari avtomobillər üçün motor yağları.

- Kənd təsərrüfatı texnikaları üçün motor yağları.

- Transmissiya yağları.

- İki taktlı mühərriklər üçün yağlar.

- Sürtkü yağları.

- Hidravlik yağlar.

- «Yaşıl xətt» – orqanik ekoloji təmiz yağlar ( Raps yağları əsasında).

- Beton və asfalt üçün ayrıcı agentlər.

- Xüsusi təyinatlı məhsullar.

Divinol ticarət markasının məhsulları Avropa birliyinin keyfiyyət tələblərinə tamamilə cavab verir. Divinol ticarət markası motor və sürtkü yağları uyğunluğu aparıcı avtomobil konsernləri, kənd təsərrüfatı istehsalçıları, yüksək texnoloji avadanlıqlar istehsalçıları tərəfindən bəyənilmişdir. Divinol ticarət markasının  məhsulları istifadə olunur:

- avtomobil sənayesində;

- meşə və ağac emalı sənayesində;

- kənd təsərrüfatında;

- inşaat sahəsində;

- yüngül və ağır sənayedə.

Divinol markasının etibarlılığı və keyfiyyətinin göstəricisi kimi  dünyaca məşhur istehsalçılarla uzun müddətli müqavilələrinin olmasıdır. Bu gün Divinol müxtəlif yağ məhsullarını- Daimler Chrysler, BASF, BMW, Bosсh, Opel, Porsche, Skoda, Alcatel, Bellini, Heller, Deutsche BAHN və sair tanınmış şirkətlərə verir.