SÜRTKÜ MATERİALLARI, AVTOKOSMETİKA VƏ AVTOKİMYA

Texaco


     

  

         Texaco mühərrik yağları yüxarı kateqoriyası və yüksək keyfiyyəti ilə özünə ad qazanmışdır. Bütün məhsulları dünya avtomobil istehsalçıları tərəfindən qəbul olunmuşdur, ACEA və APİ təsnifatlarına uyğun olub, yüksək istismar xüsusiyyətlərinə görə fərqlənir. Bəzi məhsulları bir çox nəhəng avtomobil istehsalçıları tərəfindən ilk mühərrik yağı kimi istifadə olunur.

        Çoxillik təcrübəyə və müasir texnologiyalara əsaslanaraq, Texaco kompaniyası yüngül avomobillər üçün Havoline ticarət markasını yaratmışdır ki, bu da bu gün yüksək keyfiyyət və etibarlılıq deməkdir. Bu yağların unikallığı mühərrikin qiymətli və bahalı metal hissələrini çöküntülərdən, karbon depozitlərdən, müxtəlif aşınmalardan qorunmasını, eyni zamanda mühərrikin istənilən ifrat yüklənmələri zamanı belə, uzun müddət rahat işləməsini təmin edən  Deposit Shield funksyasının olması ilə əlaqədardır.

        Ağır nəqliyyat növləri üçün Texaco URSA ticarət markası adı altında geniş çeşidli məhsullar istehsal edir. Ursa markası yüksək istiliyə davamlılıq və aşağı temperaturda axıcılığı təmin edir. Yüksək keyfiyyətli yağ əlavələri hesabına yuma, köpüyə və aşınmaya qarşı xassələri ilə mühərrikin ağır şəraitdə uzun zaman istismar olunmasını təmin edir. Əla istismar xassələrinə malik olub, yanacağa  2-3%-ə qədər qənaət edir, bu da faktiki olaraq sürtkü yağlarına çəkilən xərci tam ödəyir. Ursa markalı sürtkü yağları mühərrikin aşınmaya qarşı tayı-bərabəri olmayan bir yağdır. Bu sürtkü yağları dizel, benzin və qaz mühərrikləri üçün məsləhət görülür, eyni zamanda həm iri, həm də kiçik avtoparklar üçün ideal seçimdir.